Qırmızı dənizdəki vəziyyət bizi ciddi narahat edir
    • 17-01-2024, 14:20
    • 111

Qırmızı dənizdəki vəziyyət bizi ciddi narahat edir

“Ölkəmiz husilərə nə əmr verir, nə də onları təlimatlandırır”. 

News24.az-ın CNBC-yə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib. 

O deyib ki, Fələstin xalqını müdafiə etmək istənilən ölkənin daxili işidir:

“İstər yəmənlilər, istərsə də digər xalqlar öz ölkələrinin maraqlarına uyğun davranırlar. Bizim onlara dəstək verdiyimiz barədə deyilənlər əsassızdır. Qırmızı dənizdə hökm sürən vəziyyət bizi ciddi narahat edir. İsrailin etdiklərinə də toxunmaq istəyirəm. Regiondakı gərginliyin təməlində Bayden və Ağ Evin Netanyahu ilə əməkdaşlığı dayanır”.

Fərid Azəri