“Kardaşyanlar”ımız kifayət qədərdir - Ülvi Qılınc
    • 17-01-2024, 21:10
    • 592

“Kardaşyanlar”ımız kifayət qədərdir - Ülvi Qılınc

“Bəzi Xalq artistlərinin fəxri adları üzərilərindən götürülsəydi, çox gözəl olardı. Bir neçə ad sadalanıb, amma bir nəfəri unudublar. O da bu ada layiq deyil. “Qazotaran” deməyim kifayətdir, kimdən söhbət getdiyini özü biləcək. Ümumilikdə, çoxları fəxri ada layiq deyil.  Ermənistan parlamenti də Xalq artisti və digər fəxri adları ləğv edir. Onların bu fikrini alqışlayıram...” 

News24.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

“Ermənsitanın dünya şöhrətli Kardaşyanı var. Bizim də öz içimizdə dünya şöhrətinə çata bilməyən “Kardaşyanlar”ımız az deyil. Onlara “Xalq artisti” adı lazım deyil, üzərilərindən götürülməlidir. Çünki bu “Kardaşyanlar” bizim əsl musiqimizi məhv edib, öz musiqilərini kafelərə daşıdılar, Xalq artistini kafe səviyyəsinə saldılar. Rəşid Behbudov, Müslüm Maqomayev kimi şəxsiyyətlərin adı çəkiləndə, bəli, “Xalq artisti” deyirik. Amma çox təəssüf ki, indi bəzilərinin üzlərinə baxanda “kafe xalq artisti” görünür. Bu “remeslo”nu həyata keçirmək, “Kardaşyanlar”ın öz işləri ilə məşğul olmaları üçün “Xalq artisti” fəxri adı ləğv edilməlidir. Çünki Xalq artistlərinin içində bizim dahilərimiz var. Üzeyir Hacıbəyli kimi...”, - o bildirib.