“Neftçi” Miri Yusifə 21,480 manat pul ödəyib? - ÖZƏL AÇIQLAMA
    • 25-01-2024, 16:13
    • 548

“Neftçi” Miri Yusifə 21,480 manat pul ödəyib? - ÖZƏL AÇIQLAMA

Prodüser kimi fəaliyyət göstərən, "Neftçi"nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndi xalq artisti Miri Yusifin bəstələdiyi və bəyənilmədiyi halda klub tərəfindən 21 480 min manat ödənilməsi barədə yayılan xəbərə münasibət bildirib. 

Emin Əfədi RTV-ə açıqlamasında bildirib ki, Xalq artisti ilə klub arasında heç bir problem yaşanmayıb:

"Sözügedən əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.Mən bu əməkdaşlıq baş tutanda Miri Yusifin prodüseri idim. Klubda çalışmırdım. Sənədlər var. Narazılıq haqqında yayılan xəbər isə gerçəyi əks etdirmir”. 

Qeyd edək ki, ilkin məlumatı Pressing.az saytı yayıb.

Könül