Bakıda gecə klubunda 23 yaşlı oğlan 28 yaşlı qızı...
    • 5-02-2024, 22:29
    • 1 268

Bakıda gecə klubunda 23 yaşlı oğlan 28 yaşlı qızı...

Bakının Nizami rfayonunda gecə klubunda qızı bıçaqlamaqda ittiham olunan Cavanşir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

News24.az Demokrat.az-a istinadla bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib. 

Qeyd edək ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Palermo" gecə klubunda baş verib. 

23 yaşlı Elbrus Əliyev mübahisə zamanı 28 yaşlı Zümrüd Əsgərovanın kürəyinə 1 ədəd bıçaq xəsarəti yetirib. 

Yaralı xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 

Hadisəni törədən Elbrus Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.