Novruz bayramında ƏFV OLACAQ? —  ÖZƏL AÇIQLAMA
    • 9-02-2024, 13:14
    • 704

Novruz bayramında ƏFV OLACAQ? — ÖZƏL AÇIQLAMA

Azərbaycanda əlamətdar günlərdə, xüsusən Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanır. Bəs bu il də əfv sərəncamı olacaqmı?

Bu barədə News24.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əfv sərəncamının imzalanması gözlənilir:

"Əfv sərəncamının imzalanmasına ümidimiz var. Monitorinq qrupumuz da bu istiqamətdə işlər aparır. Lazımi şəxslərlə görüşürük və müraciətlər də etmişik. Bildiyimiz kimi, ölkədə Prezident seçkiləri keçirildi. Artıq ölkə yeni dövrə qədəm qoyur. Mən hesab edirəm ki, əfv sərəncamı olacaq". 

Qumral