Lerikdə 5 otaqlı evdə yanğın olub
    • 11-02-2024, 14:41
    • 120

Lerikdə 5 otaqlı evdə yanğın olub


Lerik rayonunun Bobla kəndində ümumi sahəsi 110 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.