Deşifrə etdilər: Milyonlarla sərvət qazandılar
    • 12-02-2024, 14:00
    • 216

Deşifrə etdilər: Milyonlarla sərvət qazandılar

Bir qrup tədqiqatçı bu yaxınlarda keçirilən Vezuvi yarışmasında süni intellektdən istifadə edərək 2000 illik qədim tumarları deşifrə edib. Mütəxəssislər bu kəşfin qədim dünyanın tarixini yenidən yaza biləcəyini deyirlər.

News24.az xəbər verir ki, bu əlamətdar uğura imza atan üç tədqiqatçı doktorant Youssef Nader, Nebraska tələbəsi və SpaceX stajçısı Luke Farritor və isveçrəli robototexnika tələbəsi Julian Schilligerdir. Tədqiqat qrupu tumarların solğun və demək olar ki, oxunmayan yunan hərflərini deşifrə etmək üçün süni intellekt texnologiyasından istifadə edib.

Bundan əlavə, mükafatın qalibləri hazırda hansı süni intellekt alətindən istifadə etdiklərini açıqlamamağa üstünlük verirlər. Bu təməlqoyucu nailiyyət qədim dünyanın tarixini yenidən yaza biləcək mühüm məlumatları üzə çıxara bilər.

Herculaneum Cəmiyyətinin prezidenti Robert Fovler bu mətnlərin qədim dünyanın mühüm dövrlərinin tarixini tamamilə dəyişdirə biləcəyini söyləyib. 

Günel Məlikzadə