20-ci mərtəbədən yıxılan qız sağ qaldı
    • 14-02-2024, 18:43
    • 351

20-ci mərtəbədən yıxılan qız sağ qaldı

Rusiyanın Yekaterinburq şəhərində 20-ci mərtəbədən yıxılan qız sağ qalıb.

News24.az Lent.az-a istinadla bildirir ki. hadisə Kraulya küçəsində baş verib. Qadının niyə pəncərədən yıxıldığı barədə məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, qız pəncərələrin altındakı qar yığınlarına düşdüyü üçün sağ qala bilib.

Hadisə yerinə gələn təcili yardım maşını qadını dərhal xəstəxanaya yerləşdirib. Onun hansı xəsarətlər aldığı barədə məlumat verilmir.