İsrail Braziliya prezidentini persona non-qrata elan etdi
    • 19-02-2024, 15:05
    • 139

İsrail Braziliya prezidentini persona non-qrata elan etdi

İsrailin xarici işlər naziri İsrael Katz Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün Braziliya prezidenti Lula da Silvanı persona non qrata elan edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, daha öncə Braziliya rəhbəri fevralın 18-də çıxışı zamanı İsrail hərbçiləri tərəfindən anklavda dinc əhaliyə qarşı qırğınlar Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə oluna biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatlar müharibə deyil, soyqırımdır.

Mehriban Mirzəzadə