Bilərək qayda pozur, “Tik-tok”da paylaşıb “like” yığır - VİDEO
    • 19-02-2024, 19:00
    • 139

Bilərək qayda pozur, “Tik-tok”da paylaşıb “like” yığır - VİDEO

Bir neçə qayda pozan sürücünün videosu sosial şəbəkələrdə geniş yayılıb.

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, görüntüləri sürücünün özü “tik-tok”da paylaşıb.

Belə ki, 90-LP-154 qeydiyyat nişanlı, “Vaz” markalı avtomobilin sürücüsü yolda yüksə sürətlə hərəkətdə olarkən mobil telefondan istifadə edib. Həmçinin avtomobilin asqı sistemində dəyişiklik edərək, maşının qabağını qaldırıb. Bəzi videolarda isə ön qeydiyyat nişanını çıxarıb, avtomobilin alın şüsəsinə qoyduğu aydın əks olunub.

Sürücü yollarda qaydaları bilərək pozub və bu tip videoları sosial şəbəkələrdə paylaşaraq vətəndaşlara pis örnək olub. Bir videoda isə yol polisi tərəfindən saxlanıldığı əks olunub. Yəqin ki, cərimə də edilib, lakin bundan dərs çıxarmayıb. Sürücü paylaşılan videolarda sanki qanunlara və polislərə meydan oxuyur.

Ümid edirik ki, həmin sürücü barəsində yaxın zamanda müvafiq qurumlar ciddi tədbir görəcək.