Bakıda azyaşlı qızını vəhşicəsinə döyən ata ilə bağlı YENİ XƏBƏR
    • 20-02-2024, 12:07
    • 644

Bakıda azyaşlı qızını vəhşicəsinə döyən ata ilə bağlı YENİ XƏBƏR

Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.

News24.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülər araşdırılıb:

"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".

Qeyd edək ki, Bakının Xəzər rayonu, Türkan kənd sakini Əliyev Muxtar (ad, soyad şərtidir) öz azyaşlı qızını döyərək işgəncə verməsi ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə ata azyaşlı qızının əlindəki küt alətlə döyür. İddiaya görə, görüntünü uşaqdan öncə döyülən ana çəkib.