-
- 27-02-2024, 18:18
- 551
Salyanda 1 yaşlı uşaq nədən ölüb?
Salyan rayonunda azyaşlı uşaq vəfat edib.
News24.az xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən azyaşlıya ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşıb, aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbilə ölüm faktı qeydə alınıb”. (Qafqazinfo)