Gürcüstanda nazir istefa verdi
    • 1-03-2024, 11:33
    • 168

Gürcüstanda nazir istefa verdi

Zurab Azaraşvili Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsini tərk edib.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Qeyd olunur ki, Azaraşvili qərar qəbul etməzdən əvvəl Gürcüstanın baş naziri İrakli Kobazidze ilə danışıb.

"Hökumət başçısı yaxın günlərdə yeni səhiyyə nazirini təqdim edəcək", - hökumətin açıqlamasında deyilir.

Mehriban Mirzəzadə