Fransa Ukrayna üçün 100 PUA sifariş etdi
    • 1-03-2024, 13:00
    • 156

Fransa Ukrayna üçün 100 PUA sifariş etdi

Fransa Delairdən bu yay Ukraynaya gələcək 100 pilotsuz təyyarə sifariş edib.

News24.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastien Lecornu bildirib.

“İnnovasiya proqramının bir hissəsi olaraq Fransa Delair-dən bu yay Ukraynaya gələcək 100 uzaqdan idarə olunan dron sifariş edir. Ümumilikdə müdafiə sənayemiz silahlı qüvvələrimizin və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün 2 min ədəd sifariş verəcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, Delair, müxtəlif sahələrdə istifadə olunan dronların fransız istehsalçısıdır. Şirkətin baş ofisi Tuluzada yerləşir.

Mehriban Mirzəzadə