Macarıstan İsveçin NATO-ya daxil üçün ratifikasiya imzaladı
    • 2-03-2024, 17:15
    • 110

Macarıstan İsveçin NATO-ya daxil üçün ratifikasiya imzaladı

Macarıstan parlamentinin spikeri Laszlo Kever İsveçin NATO-ya daxil olması haqqında ratifikasiyanı imzalayıb və qanunu elan olunması üçün prezident aparatına göndərib.

News24.az xəbər verir ki, bu barədə Macarıstan höküməti məlumat yayıb.

Qanunvericilər İsveçin NATO-ya daxil olmasını fevralın 26-da təsdiqləyərək, iki dünya müharibəsi və soyuq müharibə dövründə neytrallığını qoruyub saxlayan Skandinaviya ölkəsinin tarixi addımı qarşısında son maneəni aradan qaldırdılar.

Macarıstan hökuməti NATO müttəfiqlərinin təzyiqi ilə üzləşib və İsveçin alyansa daxil olmasını möhürləyir. Macarıstan prezidentinin qanunu elan etmək üçün indi beş günü var.

Mehriban Mirzəzadə