Fırıldaqçıların qurbanı oldu, kilsəni yandırdı - ANBAAN VİDEO
    • 4-06-2024, 10:12
    • 149

Fırıldaqçıların qurbanı oldu, kilsəni yandırdı - ANBAAN VİDEO

Tümendə Dmitri Donskoy kilsəsinə molotov kokteyli ilə hücum edilib.

News24.az “Baza” “Telegram” kanalına istinadən xəbər verir ki, hadisəni 43 yaşlı yerli sakinin törətdiyi bildirilib. Saxlanılan şəxsin telefon fırıldaqçılarının qurbanı oluğu, bu yolla isə oğurlanan pullarını qaytarmağa çalışdığı qeyd edilib.

Hadisəyə görə “vandalizm” və “əmlakı qəsdən məhv etmə və ya zədələmə” maddələri ilə iki cinayət işi açılıb.

Teymur MƏMMƏDOV