Baydenə G7 liderlərindən tam dəstək
    • 4-06-2024, 09:43
    • 158

Baydenə G7 liderlərindən tam dəstək

ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri ABŞ prezidenti Co Baydenin mayın 31-də elan etdiyi atəşkəs planını tam dəstəklədiklərini bildiriblər.

News24.az xəbər verir ki, G7 prezidenti İtaliyanın dərc etdiyi birgə bəyanatda, "G7 liderləri olaraq, prezident Bayden tərəfindən irəli sürülən Qəzzada dərhal atəşkəs, bütün girovların azad edilməsi, Qəzzada paylanacaq humanitar yardımın davamlı olaraq artırılması və təhlükəsizliyi dəstəkləyirik. Mülki əhalinin təhlükəsizliyini təmin edəcək və böhrana daimi son qoyacaq hərtərəfli razılaşmanı tam dəstəkləyirik və arxasında olacağıq" ifadəsi işlədilib.

“Biz HƏMAS-ı İsrailin irəliləməyə hazır olduğu bu razılaşmanı qəbul etməyə çağırırıq və HƏMAS-a təsiri olan ölkələri buna kömək etməyə dəvət edirik”, - bəyanatda deyilir. 

Günel Məlikzadə