Kanlaon vulkanında püskürmə
    • 4-06-2024, 09:13
    • 171

Kanlaon vulkanında püskürmə

Filippinin Neqros əyalətinin mərkəzi adasında yerləşən Kanlaon vulkanında yerli vaxtla saat 18.50-də partlayış baş verib.

News24.az xəbər verir ki, bölgədə vulkanik qaz və külün 5 kilometrə çatmasından sonra həyəcan səviyyəsi artırılıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan (Phivolcs) verilən açıqlamada, Neqros adalarında Kanlaon vulkanında vulkanik fəaliyyətə görə həyəcan səviyyəsinin ikinci səviyyəyə yüksəldiyi açıqlanıb. Açıqlamada vulkan püskürmədən əvvəl bölgədə kiçik miqyaslı tektonik zəlzələlərin qeydə alındığı da bildirilib.

Phivolcs direktoru Teresito Bacolcol, "İlk püskürmələr vulkan püskürmələridir. Bununla belə, daha təhlükəli maqmatik partlayışlara çevrilə bilər".

Bacohol həmçinin bildirib ki, partlayış nəticəsində vulkan külləri tüstüyə qarışaraq səmaya qalxıb, ona görə də camaat maska taxmalıdır.

Digər tərəfdən, Neqros Əyalət Hökumətinin verdiyi açıqlamada vətəndaşlara kül yağışına qarşı tədbir görmələri ilə bağlı xəbərdarlıq edilib və onları açıq havada maskalardan istifadə etməyə çağırılıb.

Günel Məlikzadə