Bakı yollarında 25 nəfər öldü - İki ayda...
    • 4-03-2024, 21:11
    • 235

Bakı yollarında 25 nəfər öldü - İki ayda...

2024-cü ilin iki ayı ərzində Bakı ərazisində qeydə alınan yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi  İdarəsindən News24.az-a verilən məlumata görə, paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.