"Onlar fəaliyyətlərinə görə qan qusacaqlar" - Deputat
    • 5-03-2024, 12:34
    • 247

"Onlar fəaliyyətlərinə görə qan qusacaqlar" - Deputat

Azərbaycanda müəyyən tikinti şirkətlərinin icazə almadan söküntü və tikinti işləri apardığı hər kəsə məlumdur. Çox sayda qanunsuz fəaliyyət göstərən tikinti şirkətləri var. İndi heç bir dövlət orqanları bu şirkətlərin fəaliyyətini dayandırmaq gücündə deyil. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, məsələ ilə bağlı çıxarılan məhkəmə qərarları da icra olunmur:

"Bəzi tikinti şirkətləri onlara heç kimin toxunmayacağına arxayındırlar. Lakin bilmirlər ki, onlar fəaliyyətlərinə görə, Allahın qəzəbinə düçar olacaq və qan qusacaqlar".

Deputat qeyd edib ki, bir müddət əvvəl Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəylinin həyat yoldaşı və baldızı adına olan evi içərisindəki əşyalarla birlikdə sökülüb. Lakin onlara heç bir kompensasiya ödənilməyib.

Qumral