Taleh Yüzbəyov salamını almayan aktyordan yazdı: “Bir də görsəm…
    • 5-03-2024, 15:33
    • 395

Taleh Yüzbəyov salamını almayan aktyordan yazdı: “Bir də görsəm…"

Aktyor Taleh Yüzbəyov yaşlı aktyor barədə yazdığı tənqidi fikirləri ilə diqqət çəkib. 

News24.az bildirir ki, o ad çəkmədən salamını almayan aktyor haqqında bunları deyib: 

“Bu yaxınlarda yaşlı və bəyəndiyim bir aktyoru gördüm. Kiçiklik eləyib, yaxınlaşıb görüşdüm.  Güc ilə salamlaşdı. İkinci dəfədir belə eləyir. Gələn dəfə ayağımı uzadacağam görüşəndə.

Bir çox yaşa dolmuş sənətkarlarımızla rastlaşmağa imkanım olub. Aralarında sadə və səmimiləri də az olmayıb. Onlara quzu kəsərəm. Necəsə dəstək olmağa çalışıblar, məsləhətlər veriblər. Amma çoxu niyəsə özünə gedib. Eqo və nifrət dolu baxışlarını az görməmişəm. Heyif, qocala bilmir çoxusu. Elə bil təzə nəslə rəqib kimi baxırlar. Elə bilirlər biz də onlar kimi dövlətdən nəsə qaxmarlamağa gəlmişik. Nəsə umuruq. Vallah, şəxsən mən nə sizdən, nə də dövlətdən heç nə ummuram. 

Bəziləriniz istedadlısınız, bəziləriniz yox. Sizdən öyrənəsi şey də çox deyil. Tərziniz köhnədir. Yenilikləri izləmirsiniz, yeni filmlərə baxmırsınız, yeni aktyor oyunu məktəblərini bilmirsiniz. Biz də sizdən qamara getmək, ad üstündə hər cür oyundan çıxmaq, ev almaq üçün hər şeyə razı olmağı öyrənmək istəmərik. Sadəcə böyük olun. İnsan kimi böyük olun. Yaradıcı insan kimi olun. Çünki cılız insan, böyük işlər görə bilməz”. 

Talehin paylaşımına çoxlu şərh gəlib. Onlardan biri də müğənni-Murad Arifin “FM ?” şərhi olub. Bundan sonra izləyicilər sözügedən şəxsin Fəxrəddin Manafov olduğunu iddia ediblər. 

Qeyd edək ki, ötən gün Fəxrəddin manafov ilə Taleh Yüzbəyov eyni tədbirdə olub.

Könül