MOSSAD əməliyyatının təfərrüatları əldə edilib
    • 5-03-2024, 17:32
    • 167

MOSSAD əməliyyatının təfərrüatları əldə edilib

MİT və İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qruplarının əldə etdikləri məlumatları MOSSAD-a satdıqları iddia edilən şübhəlilərə qarşı həyata keçirdikləri əməliyyatın təfərrüatları əldə edilib.

News24.az xəbər verir ki, qruplar bəzi fələstinlilərin və onların şirkətlərinin məlumatlarını pul qarşılığında MOSSAD-a sızdırdıqları təsbit edilən 8 şübhəlinin şəxsiyyət və ünvanlarını müəyyən edərək, həyata keçirdikləri əməliyyatla 7 şübhəlini yaxalayıb.

Peşəsindən uzaqlaşdırılan keçmiş polis rəisi Həmzə Turhan A-nın şübhəlilər arasında olduğu və bu şəxsin sosial mediada İsrail əleyhinə çoxlu paylaşımlar etdiyi müəyyən edilib.

Günel Məlikzadə