Satanist təqaüdçünü öldürüb ürəyini yedi - Ölkə ŞOKDA
    • 5-03-2024, 22:00
    • 522

Satanist təqaüdçünü öldürüb ürəyini yedi - Ölkə ŞOKDA

Başqırdıstan Respublikasının Kuyurqazinski rayonunda satanist “şeytanla sövdələşərək” pensiyaçının ürəyini yeyib.

News24.az Lent.az-a istinadla bildirir ki, adamyeyənin Erkinjon adlı bir satanist olduğu üzə çıxıb. O, ürəyini müalicə etmək istəyib. Bunun üçün “qaranlıq qüvvələrə” müraciət edib.

Satanistə deyiblər ki, pis ruhlarla sövdələşən adamı öldürsün. Erkinjon elə belə də edib: tanımadığı təqaüdçünün evinə girib, balta ilə ona üç zərbə vurub və sonra ürəyini çıxarıb.

Kişi ürəyi elə avtobus dayanacağında yemək qərarına gəlib. Yemədiklərini yanında oturub avtobus gözləyən nənəyə verib. O, təqaüdçüdən ürəyi basdırmağı xahiş edib. Hüquq-mühafizə orqanları adamyeyəni saxlayıb və istintaq gedişi zamanı onu iki ay müddətinə həbs edib.

Dindirilmə zamanı o, hər şeyi etiraf edib.