Baş məşqçi vəfat etdi - FOTO
    • 5-03-2024, 20:00
    • 224

Baş məşqçi vəfat etdi - FOTO

“Kaustik” həndbol klubunun təsisçisi və baş məşqçisi Leonid Korostaşeviç Volqoqradda dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Məlumata görə, Leonid Alekseeviçin 85 yaşı var imiş.

Qeyd edək ki, klub 1972-ci ildə Leonid Korostaşeviç tərəfindən yaradılıb.

Leonid Korostaşeviç 29 il Kaustikə rəhbərlik edib. Onun rəhbərliyi altında Volqa komandası 1987-ci ildə SSRİ çempionatının yüksək liqasına yüksəlib. Dörd dəfə - 1995/96, 1996/97, 1997/98, 1998/99 mövsümlərində "Kaustik" Rusiya çempionatının qalibi olub.

Leonid Korostaşeviçin tələbələri kimi çoxlu güclü həndbolçular olub. Onların arasında Olimpiya çempionları Oleq Qrebnev, İqor Vasilyev və Sergey Poqorelov da var.

Mehriban Mirzəzadə