Kanadada hökumətə qarşı iddia qaldırıldı
    • 6-03-2024, 14:06
    • 164

Kanadada hökumətə qarşı iddia qaldırıldı

CBC News-un məlumatına görə, Fələstində yerləşən "Əl-Haq Qanunu" adlı insan haqları təşkilatı olan Beynəlxalq İnsan Haqları üzrə Kanada Hüquqşünasları (CLAIHR) və Qəzzada həyatını itirən kanadalıların ailələrindən ibarət qrup hökumətə qarşı iddia qaldırıb. 

News24.az Federal Məhkəmədə qaldırdıqları iddiada iddiaçılar Ottava hökumətindən “İsrailə hərbi texnika ixracına icazələrin dayandırılmasını” tələb ediblər.

Kanadanın İsrailə hərbi texnika satmağa davam edərək “beynəlxalq hüquq öhdəliklərini” pozduğunu bildirən iş materiallarında Kanadanın xarici işlər naziri Melani Coliyə, eləcə də ədliyyə naziri Arif Viraniyə qarşı ittihamlar irəli sürülüb.

İş materiallarında İdxal və İxrac İcazələri Qanununun “sülh və təhlükəsizliyi sarsıdan və ya beynəlxalq hüququ pozan” hərbi texnikanın ixracına icazə verilməməsini tələb etdiyi, bu icazələrin verilməsi ilə qanunun pozulduğu iddia edilib. 

İddianı açan qrupların üzvü Hammam Farah, məsələ ilə bağlı verdiyi açıqlamada, "Hökumətimizin bu vəhşiliyi dəstəkləmək üçün İsrailə humanitar dəstəyi kəsərkən material verməyə davam etməsi qəddar və qınanılan bir davranışdır”.

İddiaçı qrup xarici işlər naziri Coliyə hökumətin hərbi dəstəyinin dayandırılmasını tələb edən məktub göndərdiklərini, lakin cavab almadıqlarını bildirib.

Digər tərəfdən Kanada Xarici İşlər Nazirliyindən verilən açıqlamada 7 oktyabr 2023-cü ildən etibarən İsrailə “yalnız öldürücü olmayan hərbi materialların” ixracına icazə verildiyi bildirilib.

Günel Məlikzadə