"Problemə son qoymalısınız"
    • 6-03-2024, 15:12
    • 126

"Problemə son qoymalısınız"

Tramp 15 ştatda keçirilən “Super çərşənbə axşamı” kimi tanınan praymerizdən əvvəl Fox News telekanalında İsrailin Qəzzaya hücumlarını dəyərləndirib.

News24.az xəbər verir ki, aparıcının İsrailin tərəfində olub-olmaması və İsrail qüvvələrinin Qəzzaya hücumlarını bəyənib-bəyənməmə sualını cavablandıran Tramp deyib: 

"Problemi bitirməlisiniz. Dəhşətli hücuma məruz qaldınız. Bu baş verdi. Yeri gəlmişkən, prezident olsaydım, heç vaxt belə olmazdı”. 

Trump, "Mən zəmanət verirəm ki, onlar mənə bunu edə bilməzlər. Bunu etmələrinin səbəbi (Prezident Joe) Baydenə hörmət etməmələridir" dedi.

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin atəşkəs çağırışını da dəyərləndirən Tramp, “nə baş verdiyini görməyə nifrət etdiyini” ifadə edərək, prezident olsaydı, bu hücumların heç vaxt baş verməyəcəyinə dair sözlərini təkrarladı.

Harris martın 4-də Qəzzada yaşanan böyük iztirablara görə təcili atəşkəsə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, ABŞ mediasındakı rəsmi mənbələrə əsaslanan xəbərdə Bayden administrasiyası ilə İsrailin girovların azad edilməsi də daxil olmaqla 6 həftəlik atəşkəs şərtləri ilə bağlı razılığa gəldiyi və HƏMAS-dan cavab gözlənildiyi bildirilib.

Günel Məlikzadə