“Putin Baydendən çox güclüdür” – TRAMP
    • 18-01-2024, 10:32
    • 196

“Putin Baydendən çox güclüdür” – TRAMP

“Bayden hətta şirniyyat mağazası belə işlədə bilməz”. 

News24.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin 45-ci prezidenti Donald Tramp Nyu-Hempşirdəki tərəfdarları qarşısında deyib: 

“Sizin şirniyyat mağazanız olsaydı, ona rəhbərliyi Baydenə tapşırardınızmı? Əlbəttə, yox. Hazırkı prezident isə özündən dəfələrlə güclü olan Vladimir Putinlə danışıqlar aparır. Putin ondan çox güclüdür” – SİTATIN SONU.

O, Baydeni dövlət idarəçiliyində səriştəsi olmayan şəxs kimi dəyərləndirib:

“Qorxuram ki, onun yarıtmaz siyasəti ölkəmizi 1929-1939-cu illərdəki iqtisadi böhrana sürükləyə bilər”.

Qeyd edək ki, D. Tramp bu il ABŞ-də keçiriləcək Prezident seçkisində iştirak edəcəyini açıqlayıb.

Fərid Azəri