Həbsxanalarda doluluq nisbəti 139%-ə yüksəldi
    • 6-03-2024, 20:00
    • 178

Həbsxanalarda doluluq nisbəti 139%-ə yüksəldi

Sloveniya milli mətbuatında yer alan xəbərə görə, ölkədəki həbsxanalarda doluluq səviyyəsi yüksək həddə çatıb.

News24.az xəbər verir ki, Avropaya keçid vədi ilə qeyri-qanuni mühacirləri ölkəyə gətirən insan qaçaqmalçıları həbsxanalarda doluluq nisbətini artırıb.

Sloveniya Həbsxana İdarəsi 26 fevral tarixinə həbsxanalarda 1808 nəfərin olduğunu və orta doluluq nisbətinin 139%-a yüksəldiyini açıqlayıb.

Açıqlamada hazırda işlə təmin olunan 550 kadrın kifayət qədər olmadığı bildirilib.

Paytaxt Lyublyanadakı həbsxanada doluluq 200 faizi ötüb.

Ölkə üzrə 850 xarici ölkə vətəndaşı insan alveri ittihamı ilə həbsdədir.

Günel Məlikzadə