"48 saat ərzində diqqətli olun"
    • 8-03-2024, 18:00
    • 193

"48 saat ərzində diqqətli olun"

ABŞ-ın Rusiyadakı səfirliyi bugünkü bəyanatında öz vətəndaşlarını növbəti 48 saat ərzində Moskvada görüşlərdən çəkinməyə çağırıb.

News24.az xəbər verir ki, səfirik bildirib ki, “ekstremistlər” bu görüşləri hədəfə almaq planları olub.

“Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantıları hədəfə almaq üçün qaçılmaz planları barədə hesabatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələri tövsiyə edilməlidir”, - diplomatik missiyanın saytındakı bəyanatda deyilir.

Səfirlik vətəndaşlara izdihamdan çəkinməyi, yeniliklərdən xəbərdar olmaq üçün yerli KİV-ləri izləməyi və ətraflarına diqqətli olmağı tövsiyə edib.

Günel Məlikzadə