Bakıxanov qəsəbəsində avtomobil sıxlığının qarşısı alındı
    • 13-03-2024, 10:53
    • 182

Bakıxanov qəsəbəsində avtomobil sıxlığının qarşısı alındı

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bir yol kəsişməsində və bir küçədə müntəzəm olaraq pik saatlarda yaranan sıxlığın qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində olan işıqforun iş rejiminə dəyişiklik edilərək əsas istiqamət və piyada vaxtları artırılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bundan başqa, qəsəbənin Elşən Mehdiyev küçəsindəki işıqforun vaxt planları təhlil edilib və iş rejimi günün pik saatlarına uyğun tənzimlənib.

Görülən tədbirlər nəticəsində Yavər Əliyev və Elşən Mehdiyev küçələri, həmçinin Bakıxanov dairəsində yaranan avtomobil sıxlığının qarşısı alınıb.