Şarl De Qollun oğlu öldü
    • 13-03-2024, 12:21
    • 112

Şarl De Qollun oğlu öldü

Fransanın keçmiş prezidenti Şarl De Qollun oğlu Filipp 102 yaşında ölüb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“O, dünən gecə əlillər üçün nəzərdə tutulmuş müəssisədə vəfat edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Filipp De Qoll ehtiyatda olan admiral və keçmiş senator idi.