İrəvanın rus sərhədçiləri çıxarmasına Rusiyadan REAKSİYA
    • 13-03-2024, 17:50
    • 228

İrəvanın rus sərhədçiləri çıxarmasına Rusiyadan REAKSİYA

Ermənistanın Zvartnots hava limanında olan rus sərhədçiləri ilə bağlı bəyanatları çətin ki, Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına xidmət etsin. 

News24.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə çıxışı zamanı səsləndirib. 

Zaxarova bildirib ki, bütün qərarlar idarələrarası araşdırmaların nəticələri əsasında veriləcək.

Xatırladaq ki, martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar. Bundan əvvəl isə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ermənistandan “Zvarnots” hava limanında rusiyalı sərhədçilərin işini dayandırması barədə bildiriş aldığını açıqlayıb.