Çindən Filippinlə bağlı iddia
    • 13-03-2024, 20:45
    • 117

Çindən Filippinlə bağlı iddia

Çin Cənubi Çin dənizindəki mübahisələrə son qoymaq təkliflərinin Filippin tərəfindən "iqnor edildiyini" iddia etdi. Adı açıqlanmayan çinli məmur məsələ ilə bağlı “The Manila Times” qəzetinə açıqlama verib.

News24.az xəbər verir ki, Çin rəsmisi Manilanın 2023-cü ilin aprelində Pekin administrasiyasının Cənubi Çin dənizindəki mübahisələrə son qoymaq təklifinə cavabsız qaldığını iddia edib.

Xəbərə görə, Çinin təklifləri arasında Filippinlilərin İkinci Thomas Shoalda təchizat missiyalarına yalnız bir gəmi cəlb etmək və irimiqyaslı tikinti materialları daşımamaq şərti ilə icazə verilməsi daxildir.

İki ölkə arasında son gərginliyin mərkəzində İkinci Tomas və Filippinin bölgədəki iddiasını gücləndirmək üçün “qəsdən gəmini quruya saldığı” iddiaları dayanır.

Günel Məlikzadə