Ukrayna ilə bağlı müqavilə Senatdan keçdi
    • 14-03-2024, 20:30
    • 145

Ukrayna ilə bağlı müqavilə Senatdan keçdi

Fransa milli mətbuatında yer alan xəbərə görə, Fransanın Ukrayna ilə fevralın 16-da imzaladığı əməkdaşlıq müqaviləsi Senatda səsverməyə çıxarılıb.

News24.az xəbər verir ki, müqavilə 293 “hə” səsi, 22 “xeyr” səsi ilə qəbul edilib.

Martın 12-də Milli Assambleyanın Baş Assambleyasında Ukraynadakı vəziyyət müzakirə edilib və parlamentin səsinə qoyulan razılaşma 99 əleyhinə 372 səslə qəbul edilib.

Baş nazir Qabriel Attal səsvermədən əvvəl Baş Assambleyada çıxış edərək, "Bizim üçün Ukraynaya arxa çevirmək öz dəyərlərimizə arxa çevirmək deməkdir" deyib. O, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 2,6 milyard avro dəyərində hərbi texnika göndərdiklərini də bildirib.

Günel Məlikzadə