![Dəniz limanında işçini avtokar vuraraq öldürüb](/uploads/posts/2024-03/5e571a37-1022-4c04-9d72-89c3017c72cd.webp)
-
- 14-03-2024, 23:42
- 287
Dəniz limanında işçini avtokar vuraraq öldürüb
Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.
O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.
![](/uploads/posts/2024-03/6b7b5ccd-539e-4bc5-b652-8d60b9572fb7.webp)
![](/uploads/posts/2024-03/7f47de16-613e-457d-9b92-17fc3b331570.webp)
![](/uploads/posts/2024-03/c4054f41-ac74-4ad3-9998-9069c0623ec2.webp)