“Şimalın varisini” gözardı etmək olmaz
    • 18-03-2024, 19:30
    • 126

“Şimalın varisini” gözardı etmək olmaz

Yonhap-ın məlumatına görə, nazirliyin sözçüsü Koo Byonq-sam gündəlik mətbuat konfransında Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kimin qızı ilə ferma ziyarəti xəbərlərini dəyərləndirib.

News24.az xəbər verir ki, KCNA-nın Kim Ju-ae-ni təsvir edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Koo, xəbərlərdə Kim Jong-un və qızı üçün "rəhbərlik edən böyük insanlar" ifadəsinin istifadə edildiyini ifadə etdi.

Koo, bu ifadənin "Şimal liderlərini" təsvir etmək üçün istifadə edildiyini müdafiə etdi və dedi: 

"Şimali Koreyanın rəsmi mediasında istifadə edilən bəyanatlara və protokol səviyyəsinə görə, Kim Ju-ae-nin varisi olma ehtimalını ( Şimal) gözardı etmək olmaz”.

Qeyd edək ki, Şimali Koreya liderinin qızı Kim Ju-ae 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə iştirak edib.

Günel Məlikzadə