Yaponiya sahillərində kimyəvi yüklü tanker çevrilib
    • 21-03-2024, 10:53
    • 176

Yaponiya sahillərində kimyəvi yüklü tanker çevrilib


Yaponiyanın Yamaquti prefekturasının sahillərində Cənubi Koreya bayrağı altında üzən kimyəvi yüklü tanker çevrilib.

News24.az APA-ya istinadla  xəbər verir ki, hadisə zamanı tankerdə 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla, ümumilikdə 11 ekipaj üzvü olub, onlardan 6-sı xilas edilib, 5 ekipaj üzvünün axtarışları davam edir.

Axtarış-xilasetmə işlərinə aviasiya və patrul katerləri cəlb olunub.

Yaponiya Sahil Mühafizəsi qeyd edir ki, uzunluğu 68,8 metr və eni 10,6 metr olan tanker 980 ton akril turşusu daşıyıb.