Tanınmış şairi motosiklet vurdu - Ciddi xəsarət aldı - FOTO
    • 22-03-2024, 15:10
    • 186

Tanınmış şairi motosiklet vurdu - Ciddi xəsarət aldı - FOTO

Tanınmış şair, tərcüməçi, Prezident təqaüdçüsü Nicat Məmmədovu motosiklet vurub.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə martın 18-i baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet piyada zolağında onu vurub.

Nticədə N.Məmmədov sol diz nahiyəsindən ciddi xəsarət alıb.

1 saylı Şəhər Klinik Xəstəxanasında şairə ilkin tibbi yardım göstərilib. Hazırda zərərçəkmiş evdə yataq şəraitindədir.

Hüquq-mühafizə orqanları işi öz nəzarətinə götürüb.

Araşdırma aparılır.