Roza Röya Ayxan və komandası üçün qurban kəsdirdi
    • 23-03-2024, 18:56
    • 243

Roza Röya Ayxan və komandası üçün qurban kəsdirdi

Müğənni Roza Zərgərli Moskvadakı terror aktından sonra sosial media hesabında Xalq artisti Röya Ayxan və komandası ilə bağlı paylaşım edib.


News24.az OLAY-a istinadən yazır ki, ifaçı onlar üçün qurban kəsdirdiyini deyib.

“Dünən çox qorxdum. Sağ-salamat qayıdın, uşaqlar, evə. Qurbanınızı da kəsim. İndi göndərəcəm paylasınlar. Yaxşı ki, sağ-salamatçılıqla qurtardı. Allah orada ölənlərə də rəhmət etsin. Nə olsun başqa dindəndirlər. Heç xoş bir hadisə deyil. Onun travması hələ çox uzun çəkəcək. Keçmiş olsun. Biz də stress keçirdik. Sevirəm sizi, gözləyirik”, - deyə, o, bildirib.