Gəmi qəzası qlobal iqtisadiyyata necə təsir edəcək?
    • 27-03-2024, 16:56
    • 430

Gəmi qəzası qlobal iqtisadiyyata necə təsir edəcək?

ABŞ-da körpünün uçmasına səbəb olan qəzanın avtomobillərdən tutmuş kömürə qədər bəzi məhsulların həftələrlə, hətta aylarla daşınmasına mane ola biləcəyi təxmin edilir.

News24.az xəbər verir ki, körpünün dağılmasından sonra baş verənlər Panamadakı quraqlıq və Yəməndə yerləşən Husi yaraqlılarının Qırmızı dənizdən keçən gəmilərə raket hücumları səbəbindən onsuz da problem içində olan qlobal təchizat zəncirlərinin nə qədər kövrək olduğunu bir daha ortaya qoydu.

Osloda yerləşən Xeneta dəniz analizi şirkətindən Emily Stausbøll dedi: “Uzaq Şərqdən ABŞ-ın Şərq Sahilinə okean gəmiçilik xidmətləri artıq Panama kanalındakı quraqlıqdan və Qırmızı dənizdəki son münaqişələrdən təsirlənib. Bu amillər artıq xərcləri 150% artırıb. İndi bu son hadisə narahatlıqları artıracaq.

EY-nin baş iqtisadçısı Qreqori Dako dedi: “Mən makroiqtisadi nəticələrin məhdud olacağını gözləyirəm, lakin bu, yaxından monitorinq tələb edir”.

Moody's Analytics-in baş iqtisadçısı Mark Zandi isə daha geniş iqtisadi təsirin məhdud olacağını, lakin “ölkə iqtisadiyyatının kövrəkliyinin başqa bir siqnalı” olduğunu söylədi. 

Santander US Capital Markets MMC-nin baş iqtisadçısı Stephen Stanley, "Baltimor ərazisi ətrafında nəqliyyat körpü yenidən qurulana qədər uzun müddət kəsilərsə, daha davamlı iqtisadi təsir görüləcək" dedi.

Günel Məlikzadə