"Neft 100 dollar olacaq" XƏBƏRDARLIQ
    • 27-03-2024, 21:00
    • 348

"Neft 100 dollar olacaq" XƏBƏRDARLIQ

JPMorgan-dan Brent markalı neft üçün qiymət xəbərdarlığı gəldi.

News24.az-ın xəbər verir ki, JPMorgan bildirib ki, Rusiyanın hasilatı azaltmaq qərarı digər ölkələrin tədbirləri ilə balanslaşdırılmadığı müddətcə Brent markalı neftin 100 dollara qalxma potensialı var.

27 mart tarixli qeydlərində JPMorgan analitikləri bu mərhələdə neftin qiyməti ilə bağlı proqnozlarını dəyişməyib, lakin Moskvanın addımlarının təsiri ilə Brent markalı neftin may ayında 90 dolların ortalarında, sentyabrda isə 100 dollara yaxınlaşa biləcəyini proqnozlaşdırıblar.

Bundan əlavə, mart ayı boyunca yüksək neft qiymətlərindən yararlanmaq istəyən investorların mənfəət üçün satışa üz tutması da qiymətlərə təzyiq edən digər amil kimi qiymətləndirilir.

Digər tərəfdən, geosiyasi risklərin tədarükün kəsilməsinə səbəb olacağı fikri təkliflə bağlı narahatlıqları artırır və qiymətlərin enməsini məhdudlaşdırır.

Həmçinin, İsrailin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ramazan ayında Qəzza zolağında təcili atəşkəs tələb edən və daimi və davamlı atəşkəsə çevriləcək qərarını nəzərə almaması, müharibənin bir müddət davam edəcəyinə dair gözləntiləri artırır və qiymətlərin sürətlə aşağı düşməsinin qarşısını alır.

Günel Məlikzadə