“Mən qiymət verən adam deyiləm, Azərbaycana..."
    • 27-03-2024, 21:19
    • 243

“Mən qiymət verən adam deyiləm, Azərbaycana..."

Bolqarıstan milli komandası "FIFA series-Edition 2024" çərçivəsində Azərbaycanla 1:1 hesablı heç-heçə edib.

News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, yığmanın futbolçusu Kiril Despodov yerli mətbuata açıqlama verib.

27 yaşlı vinger turnirin yaxşı keçdiyini bildirib:

“Mən oyunumuza qiymət verən adam deyiləm. Qalib gələ də bilərdik, uduza da bilərdik.Turnir müsbət keçdi. Ola bilsin ki, konsentrasiya çatışmazlığımız var. Bir çox oyunlarda son dəqiqələrdə qol buraxdıq. Ümid edirəm ki, bu işlər düzələr. Cərimə zərbəsindən daha bir qol vura bilərdim. Çoxlu standar vəziyyətlər üzərində məşq edirəm. Futbolda standart vəziyyətlər son dərəcə vacibdir. Amma mən başqa şeylərin üzərində də işləyirəm”.