-
- 8-08-2024, 09:37
- 260
Dünyanın ən kiçik insan növü: Hobbitlər
“Science Daily” jurnalının məlumatına görə, beynəlxalq arxeoloji qrup İndoneziyanın şərqindəki Flores adasında yaşadığı güman edilən və ilk fosilləri 2003-cü ildə aşkar edilən bu sirli insan növünün bir üzvünü tədqiq edib.
News24.az xəbər verir ki, təxminən 700 min il yaşı olan fosil sümüyü araşdıran mütəxəssislər, təxminən 100 santimetr uzunluğunda olduğu düşünülən "Hobbit" növünün əslində 6 santimetr daha qısa olduğunu təyin ediblər.
Mütəxəssislər bu kəşflə indiyə qədər dünyada hər hansı insan növünün "ən qısa üst qol sümüyü"nün tapıldığını açıqlayıblar.
Avstraliyadakı Qriffit Universitetindən Adam Brumm, "Bu kəşf bu nadir növün əcdadlarının daha qısa boylu olması tezisini sübut edir" dedi.
Qeyd edək ki, araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Günel Məlikzadə