Maskdan X istifadəçilərinə şad xəbər
    • 28-03-2024, 13:07
    • 189

Maskdan X istifadəçilərinə şad xəbər

X platformasında təsdiqlənmiş hesabı və 2500-dən çox izləyicisi olan istifadəçilərə pulsuz funksiyalar təqdim edilib.

News24.az xəbər verir ki, bu barədə “Tesla”nın rəhbəri və X sosial platformasının sahibi İlon Mask məlumat verib.

O bildirib ki, bu platformada təsdiqlənmiş hesabı və 2500-dən çox izləyicisi olan bütün X hesablarının istifadəçiləri bu sosial şəbəkənin premium variantından pulsuz istifadə edə biləcək.