Ölü balinanın qarnından milyonluq SƏRVƏT ÇIXDI
    • 31-03-2024, 19:07
    • 331

Ölü balinanın qarnından milyonluq SƏRVƏT ÇIXDI


Kanar adalarında çalışan elmi qrup sahilə çıxan balinanın qarnında yarım milyon avro dəyərində xəzinə tapıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, Las Palmas Universitetinin professoru Dr. Antonio Fernandez və komandası tərəfindən aparılan yarılma nəticəsində balinanın mədəsində 9,5 kiloqram ağırlığında və təxminən 17 milyon 500 min TL (919202 AZN) dəyərində ənbər aşkarlanıb.

Məlum olub ki, bu qiymətli parça heyvanın ölümünə səbəb olub.

A.Fernandez ənbərin satışa çıxarılacağını və əldə edilən gəlirin 2021-ci ildə La Palma adasında baş vermiş vulkan püskürməsindən zərər çəkənlərə yardım üçün bağışlanacağını açıqlayıb.