Ölkə GÜNDƏMİNİ zəbt edən məsələ həllini tapdı
    • 31-03-2024, 21:30
    • 388

Ölkə GÜNDƏMİNİ zəbt edən məsələ həllini tapdı


Daha öncə "Səbail" klubunun sabiq futbolçusu Tural Bayramlıya ödəniş etməli olduğu ilə bağlı xəbər vermişdik.

Bakı klubu bu gün 70 000 manatı qarşı tərəfə ödəyib. Beləliklə, uzun müddətdir ölkə gündəmini zəbt edən məsələ öz həllini tapıb.

Qeyd edək ki, hazırda "Araz-Naxçıvan"ın formasını geyinən yarımmüdafiəçi paytaxt təmsilçisini onunla olan müqaviləni qaydalara uyğun olmayan şəkildə pozduğu üçün məhkəməyə vermişdi. (offsideplus.az)