Zelenskidən yeni mesaj
    • 1-04-2024, 09:06
    • 89

Zelenskidən yeni mesaj

Ukrayna prezidenti Vladimir Zelenski Pasxa bayramı münasibəti ilə müraciət edib.

News24.az xəbər verir ki, “Mən ukraynalıları və bu gün Pasxa bayramını qeyd edən bütün xristianları salamlayıram”, – deyən Zelenski mesajında ukraynalılara Rusiyanın hücumlarından qorunmağa çağırıb.

Sosial media hesabında paylaşım edən Zelenski, "Bu bayram bizə qaranlığın hakim olmasına imkan verməyəcək ruhun gücünü xatırladır. İradənin kölgədə qalmasına imkan verməyəcək. Ailələri, millətləri və qitələri birləşdirəcək" deyib.

Zelenki sözlərinə belə davam edib: "Elə bir gecə, elə bir gün yoxdur ki, Rusiya terroru həyatımıza qəsd etməsin. Dünən gecə yenə insanlara qarşı raketlər və "Şahed" pilotsuz uçuş aparatları atdılar.

Amma biz özümüzü müdafiə edirik, dözürük, ruhumuz təslim olmur.Bilirik ki, ölümün qarşısını almaq olar. Həyat qalib gələ bilər”.

Ukrayna lideri bəyanatına davam edib: "Bu gün şərdən qorunmaq üçün edilən bütün dualar qəbul olunsun. İman bütün xeyirxah ürəkləri birləşdirsin və evlərini müdafiə edənləri gücləndirsin. Qoy bütün Ukrayna və müharibələrdən əziyyət çəkən bütün xalqlar üçün əsl sülh yaxınlaşsın".

Günel Məlikzadə