“Xəbəri eşidən kimi huşunu itirdi” - Terrorçu tacikin arvadı reanimasiyaya yerləşdirilib
    • 1-04-2024, 21:59
    • 153

“Xəbəri eşidən kimi huşunu itirdi” - Terrorçu tacikin arvadı reanimasiyaya yerləşdirilib

Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin həyat yoldaşı baş verənləri öyrəndikdən sonra xəstəxanaya yerləşdirilib.

News24.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Mirzəyevin valideynlərinin qonşusu danışıb.

“Terror aktı ilə bağlı xəbəri eşidəndə dərhal huşunu itirib və hələ də xəstəxanada reanimasiyadadır”, – deyə qonşu bildirib.

Xatırladaq ki, martın 22-də “Piknik” qrupunun konsertindən əvvəl “Crocus”da törədilmiş terror aktı nəticəsində 144 nəfər həlak olub, 695 nəfər yaralanıb, 95 nəfər itkin düşmüş hesab olunur.