İsrail 7 səfirliyini boşaltdı
    • 5-04-2024, 14:26
    • 134

İsrail 7 səfirliyini boşaltdı

İranın hərbi cavabından ehtiyatlanan İsrail 7 ölkədə səfirliklərini boşaldıb.

Newss24.az “Yediot Aharanot”a istinadla xəbər verir ki, söhbət Bəhreyn, Misir, İordaniya, Mərakeş və Türkiyədəki diplomatik korpuslardan gedir.

Tehranın yaxın günlərdə Dəməşqə hava hücumuna cavab olaraq hərbi əməliyyat keçirməsi gözlənilir.

Xatırladaq ki, həmin hücumu zamanı briqada generalı Məhəmməd Rza Zahedi və briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla, 7 nəfər şəhid olub.