İran generalı ABŞ-ni hədələdi:
    • 5-11-2023, 17:58
    • 121

İran generalı ABŞ-ni hədələdi: "Ciddi zərbə alacaq"

“Bizim amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasında müharibəni dərhal dayandırsınlar, həmçinin atəşkəsi təmin etsinlər, əks halda ABŞ ciddi zərbə alacaq”.

News24.az “RİA Novosti”yə istinadla  xəbər verir ki, bu barədə İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani deyib.

O, ABŞ-ni Vaşinqtonun müharibəyə son qoymasa və Qəzza zolağında atəşkəs yaratmasa, “ciddi zərbə” alacağı ilə hədələyib.

Ayşən